Deputat universitetlərin paytaxtdan kənara köçürülməsini təklif edib

0

“Ali təhsil müəssisələri paytaxtdan kənar ərazilərə köçürülməlidir”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, şəhərin mərkəzində tıxac əsas problemdir: “Əsas səbəb də mərkəzdə universitet sayının çoxluğu və dövlət obyektlərinin paytaxtda yerləşməsidir. Gələn ilin büdcəsində həmin universitetlərin şəhər kənarına köçürülməsinə baxmalıyıq”.

Deputat, həmçinin bildirib ki, gələn ilin sentyabrından avtomobillərin utilizasiyası məsələsinin həllini tapması gözlənilir: “Çünki ölkəmizdəki avtomobillərin 80 %-nin istismar müddəti bitib. Bu, kütləvi məsələ olduğundan ədalətli həll üçün mexanizm yaradılmalıdır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir