Deputat gənc alimlərin əməkhaqlarının az olmasından danışdı

0

“Hər il dövlət büdcəsindən elmin inkişafına xeyli vəsait ayrılır, amma həmin məbləğin nə qədər hissəsi birbaşa alimə çatır, bax bu sual maraqlıdır”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, AMEA-da elmi işçi vəzifəsində çalışan gənc alimlər müxtəlif dərəcələrlə 400 manatdan bir az çox əməkhaqqı alır: “Halbuki ölkədə bu il üçün nominal orta aylıq əməkhaqqı 925,3 manat, paytaxtda isə orta aylıq nominal əməkhaqqı 1000 manatdan yuxarı təşkil edib. Yəni paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır.

Doğurdanmı bu maaşla gənclərimizi elmə gətirmək istəyirik?!

Doğurdanmı güman edirik ki, bu qədər əməkhaqqı ilə alim elmlə məşğul olacaq?!”

Ə.Ələkbərov eyni zamanda elmi dərəcəsi olanlar üçün nəzərdə tutulan vəsaitin az olmasına da toxunub: “Alimlərə verilən dərəcə pulu 60-100 manat kimi qalıb. Fəlsəfə doktoruna hər biri üçün iki, elmlər doktoru üçün isə üç çörəkpulu verilir. Bəlkə də alimə verilən elmi dərəcə pulu yox, elə çörəkpuludur. Hesab edirəm ki, elmimiz və alimlərimiz bu münasibətə layiq deyil”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir