Sahibə Qafarova: ATƏT PA-nın tədbirləri Ermənistanın Azərbaycana qarşı yalan təbliğatı üçün bir platformaya çevrilməməlidir

0

Milli Məclisin sədri Sahibə Qafarova ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə bu gün keçirilən görüşündə ölkəmizə qarşı müşahidə olunan ikili standartları tənqid edib. O, istər Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 ilə yaxın dövr ərzində, istərsə də ölkəmizin öz torpaqlarını azad etdikdən sonra ötən müddətdə müşahidə olunan ikili standartların qəbuledilməz olduğunu bildirib. 

Turanın səsi ” xəbər veririnə görə , Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazın təhlükəsiz və sabit gələcəyi üçün əsas maraqlı tərəfdir. Onun sözlərinə görə, Azərbaycan regionda sülh gündəliyinin irəliləyişinə sadiqdir. Spiker, təəssüflə qeyd edib ki, Ermənistan sülh naminə çalışmaq əvəzinə hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

O, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasında bütün imkan və platformalardan istifadə etməkdə davam etdiyini bildirib və bəzi beynəlxalq təşkilatlarda Ermənistanın bu yalanlarının dəstək görməsindən təəssüfünü ifadə edib. O, vurğulayıb ki, Azərbaycanın guya “etnik təmizləmə” aparması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən iddialar əsassız və yalandır. Spiker qeyd edib ki, real vəziyyəti təhrif edən, nifrət və düşmənçiliyi davam etdirən istənilən cəhdin qarşısı alınmalıdır və vəziyyəti çətinləşdirəcək birtərəfli hərəkətlərdən, bəyanatlardan çəkinmək vacibdir. Milli Məclisin sədri bu çərçivədə ATƏT PA-nın tədbirlərinin Ermənistanın Azərbaycana qarşı yalan təbliğatı üçün bir platformaya çevrilməməsinin əhəmiyyətini qeyd edib. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir