İsmayıllıda zəlzələ olub
İsmayıllı rayonunda zəlzələ olub.
Bu barədə “Turanın səsi” nə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar saat 22:46-da İsmayıllı stansiyasından 4 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.
Maqnitudası 2,9, dərinliyi 7 km olan zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.