Milli Məclisin deputatı Amerika Birləşmiş Ştatlarına səfər edəcək
Milli Məclisin İsraillə parlamentlərarası 0əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov noyabrın 12-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində millət vəkili Yəhudi Parlamentarilərin Beynəlxalq Şurasının forumunda iştirak edəcək. Forumda parlamentarilər arasında dialoq və əməkdaşlıq, demokratiya prinsiplərinin, insan haqlarının dəstəklənməsi və digər məsələlər müzakirə olunacaq.
Səfər noyabrın 17-də başa çatacaq.