Zəngilanda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var- YENİLƏNİB

Zəngilan ərazisində baş vermiş avtomobil qəzası nəticəsində xəsarət alanların adları məlum olub.

Turanın səsi” in məlumatına görə, pikap tipli avtomobilin yük maşınınla toqquşması nəticəsində minik avtomobilinin sərnişini – Ağdaş rayon sakini 1972-ci il təvəllüdlü Sədiyev Şəmsəddin Vaqif oğlu hadisə yerində ölüb.

Sərnişinlər – 1995-ci il təvəllüdlü Əsədov

Təbriz Tamis oğlu, 1992-ci il təvəllüdlü

Bayramov Natiq Aydın oğlu və 1995-ci il təvəllüdlü

İsmayılov Vüsal Xəqani oğlu

1988-ci il təvəllüdlü İbrahimov Emin Ramiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

17:38

Zəngilan yolunda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var.

Turanın səsi” nə daxil olan məlumata görə, “UAZ” markal avtomobilin aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir