FHN-in Mülki müdafiə qoşunlarına xüsusi təyinatlı nəqliyyat vasitələri verilib

0

ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarına iki ədəd “Ford F-250” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsi, dekontaminasiya avadanlıqları və həmin avadanlıqları daşımaq üçün nəzərdə tutulmuş qoşqular verilib.

Bu barədə “Turanın səsi ” nə FHN-dən məlumat verilib.

Təqdimat mərasimində nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Mülki müdafiə qoşunlarının komandanı general-leytenant İlham Abdullayev və digər məsul şəxslər, ABŞ-nin Müdafiə Departamentinin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin Bakı ofisinin rəisi mayor Natalya Frolova və ABŞ-nin Azərbaycandakı səfirliyinin əlaqələndiricisi Günay Bayramova iştirak ediblər.

Nəqliyyat vasitələri və avadanlıqlar “Kütləvi qırğın silahlarının yayılmaması” üzrə Təhlükəsizliyə dair Əməkdaşlıq Proqramı çərçivəsində təqdim edilib.

Görüşdə Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin Bakı ofisinin rəisi mayor Natalya Frolova verilmiş nəqliyyat vasitələri və xüsusi avadanlıqların texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir