Baş nazir polislərlə bağlı qərara dəyişiklik etdi
Baş nazir Əli Əsədov “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
“Turanın səsi ” xəbər verir ki, sözügedən qərarın 1.3-cü bəndində “Polis Akademiyasının” sözləri “xüsusi təyinatlı təhsil müəssisələrinin əməkdaşı olan” sözləri ilə əvəz edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI