TDT ölkələrinin media və informasiya üzrə məsul şəxslərinin 5-ci toplantısı keçirilib – YENİLƏNİB

0

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 5-ci toplantısında iştirak edib.

Turanın səsi ” in xəbərinə görə , gentlikdən bildirilib ki, toplantıda çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, müştərək tariximiz, mənəvi dəyərlərimiz sağlam bünövrə üzərində dayanmış əməkdaşlığımızın inkişafına, cəmiyyətlərimizin maariflənməsi və qarşılıqlı etimadın artırılmasına ciddi stimul verməkdədir.

Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyasının dünyamızın reallıqları fonunda daha böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Əhməd İsmayılov “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi, həmçinin Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumlarının müstəsna rolunu qeyd edərək vurğulayıb ki, media məkanında milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi, o cümlədən media sahəsində qarşılıqlı əlaqələrin yaradılması əsas məqsədlərimizdəndir.

İcraçı direktor çıxışında türkdilli ölkələrə dair məlumatların beynəlxalq auditoriyaya operativ və düzgün formada çatdırılması üçün Türk Dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac olduğunu qeyd edib, dövlətlərimizin yerləşdiyi coğrafiyanın həqiqətlərinin işıqlandırılması və obyektiv informasiya təminatının həyata keçirilməsi üçün peşəkarlığın və sayıqlığın artırılmasının vacibliyini diqqətə çatdırıb.

11:18

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə rəhbər şəxslərinin 5-ci toplantısı keçirilib.

Turanın səsi ” təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda Azərbaycanı Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təmsil edib.

Bildirilib ki, toplantıya Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altinbek Maksutov moderatorluq edib.

Toplantıda çıxış edən Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev Türk dünyasının dezinformasiyaya qarşı birgə mübarizə aparmalı olduğunu vurğulayıb.

Qeyd edilib ki, Türk dövlətləri arasında media sahəsində əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Özbəkistan tərəfinin təşəbbüsü ilə tərəflər Türk Dövlətləri Təşkilatının media və İnformasiya üzrə məsul şəxslərinin 6-cı toplantısının Özbəkistanda keçirilməsi barədə qərar qəbul ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir