Azərbaycan 9 ayda 700 milyon manatdan çox borc qaytarıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsi xərclərinin 14 milyard 118,4 milyon manatı və yaxud 60,8 %-i cari xərclər, 8 milyard 382,4 milyon manatı və yaxud 36,1%-i əsaslı xərclər, 713,7 milyon manatı və yaxud 3,1 %-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
“Turanın səsi ” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,4 % çox, 26,8 % çox və 40,2 % azdır.
Yanvar-sentyabr aylarında dövlət borcuna xidmətlə bağlı xərclərin 591,9 milyon manatı xarici, 121,8 milyon manatı isə daxili dövlət borcuna xidmət xərcləri olub.