Vitali Balasanyan da HƏBS OLUNDU
Qarabağda qondarma rejimin “təhlükəsizlik şurasının sədri” vəzifəsində çalışmış Vitali Balasanyan Ermənistana gedərkən Laçın nəzarət-buraxılış məntəqəsində xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
“Turanın səsi ” in əldə etdiyi məlumata görə, Balasanyan Bakıya gətirilir.
Qeyd edək ki, Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib.
1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI