Baş Prokurorluğun rəhbər heyəti Zəfər Parkında olub
Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Baş Prokurorluqdan bildirilib.
Prokurorluq əməkdaşları Parkdakı xatirə daşının önünə gül dəstələri düzərək Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.