Görüş Azərbaycan bayrağı və gerbi altında keçirilib

0

Xəbər verdiyimiz kimi, 21.09.2023 tarixdə Yevlax şəhərində Azərbaycan Prezident Adminstrasiyasının dəvətilə Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib.

Turanın səsi ” in xəbərinə görə tədbir maraqlı nüanslarla diqqəti çəkib. 

Belə ki, ilk dəfədir görüş yalnız Azərbaycan bayrağı və gerbi altında keçirilib. Əgər əvvəlki görüşlərdə salonda Rusiya və Ermənistan bayraqları olurdusa, Yevlax görüşündə buna ehtiyac duyulmayıb. 

Digər maraqlı məqam isə görüşün digər vasitəçilərin iştirakı olmadan keçirilməsidir. Azərbaycan Qarabağın erməni sakinləri ilə ilk dəfədir ki, Rusiya nümayəndələrinin iştirakı olmadan bir araya gəlib. Görüşün Azərbaycanın təklif etdiyi məkanda keçirilməsi, rəsmi İrəvanın təşkilati məsələlərdən tamamilə kənarda qalması da digər mühüm yenilik kimi qiymətləndirilə bilər. 

Yevlax görüşünün bu şərtlər altında keçirilməsi o deməkdir ki, Qarabağ məsələsində bundan sonra yeganə söz sahibi Azərbaycan olacaq. 

Bakı bütün şərtləri diktə edən tək tərəfdir !

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir