DİN-in mətbuat xidmətindən verilən məlumatlar (18.09.2023)
❗16-17 sentyabr tarixlərində ölkə ərazisində qeydə alınan 114, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
❗Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
❗Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.
❗Oğurluq
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Səbail rayonu ərazisində “Nissan” markalı bir avtomobildən 1800 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Renat Şahbazov saxlanılıb.
Araşdırma aparılır.
❗Oğurluq
Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-da rayon ərazisində yerləşən hamamdan 4400 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini H.Eyvazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
❗Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 25.000 manat dəyərində ətir və 2 ədəd saat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
❗Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 2743 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
❗Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 5000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Mahmud Mahmudov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
❗Narkotik
Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 155 qram metamfetamin, 410 qrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
❗Oğurluq
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “VAZ-2106” markalı bir avtomobildən pul və 1700 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Şirməmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
❗Oğurluq
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-na keçən gecə Bakı şəhər sakini S.Şabanova məxsus beton kəsən aparatın 12000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Sərxan Müslümov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
❗DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI