Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb
Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində 15 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI