ABŞ HHQ yenidən təşkil olunacaq

ABŞ Hərbi Hava və Kosmik Qüvvələri hazırkı “böyük güc rəqabəti” dövrünə cavab olaraq yenidən təşkil olunmağa başlayır.

Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin naziri Frenk Kendall Hava, Kosmos və Kiber Konfransda çıxış edərkən bildirib.

“Məqsəd 2024-cü ilin yanvar ayına qədər Hərbi Hava Qüvvələri Departamentini böyük güc rəqabəti üçün bir daha optimallaşdıracaq bir sıra dəyişiklikləri təsvir etmək və həyata keçirməyə başlamaqdır. Bu müddətə qədər əsas səylər alternativ fəaliyyət variantlarının müəyyən edilməsi və təhlilinə yox, tövsiyələrin yerinə yetirilməsinə yönələcək. Biz vaxt itirə bilmərik”, – Kendall konfransda çıxışı zamanı söyləyib.

Nazirin aydınlaşdırıb ki, belə işlər ABŞ Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələrinin müxtəlif komanda-qərargah strukturlarından olan “beş komanda” tərəfindən bu qoşunların bölmələrinin hərbi qulluqçularının iştirakı ilə həyata keçiriləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir