Sumqayıtda radioaktiv maddə aşkarlanıb – YENİLƏNİB
Sumqayıtda zavodların birinin ərazisində radioaktiv maddə aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən müəssisə ərazisində radiasiya fonunun normadan artıq olması barədə məlumat daxil olub.
Nazirlikdən “Turanın səsi ” nə bildirilib ki, əraziyə baxış keçirilməsi və radiasiya fonunun ölçülməsi məqsədilə FHN-in müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
FHN tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Əlavə məlumat veriləcək.
20:25
Sumqayıt şəhərinin Metallurq küçəsindəki zavodların birinin ərazisində radioaktiv maddə aşkarlanıb.
“Turanın səsi ” in məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Ərazi mühafizə olunub.
Hadisənin səbəbləri araşdırılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI