Ermənistanda rusiyapərəst bloger, jurnalist və daha 5 nəfər saxlanılıb – YENİLƏNİB

Ermənistanda rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyanın saxlanılmasının təfərrüatları məlum olub.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, M.Badalyan, A.Gevorkyanla birlikdə daha beş nəfər odlu silahların qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıblar.

İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan feysbukdakı səhifəsində yazıb ki, onlar Cinayət Məcəlləsinin qanunsuz olaraq silah əldə etmə, satma, saxlama, daşıma, çatdırma maddələri ilə saxlanılıblar.

Faktla bağlı istintaq qrupu yaradılıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar, onlar Ermənistan İstintaq Komitəsindədirlər.

Mika Badalyan daha əvvəl İrəvanda və onun hüdudlarından kənarda terror aktlarının hazırlanması barədə yalan məlumat yaydığına görə həbs edilmişdi, lakin sonradan zaminə buraxılmışdı. Bundan bir müddət əvvəl isə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Mika Badalyan ilə əlaqə saxlamağın mümkün olmadığını yazmışdı.

07.09.2023. 20:51

Rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar və hazırda Ermənistan İstintaq Komitəsindədirlər.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İlkin məlumatlara görə, hazırda istintaq tədbirləri davam etdirilir, lakin saxlanılmanın səbəbi hələlik açıqlanmayıb.

Mika Badalyan İrəvanda və onun hüdudlarından kənarda terror aktlarının hazırlanması barədə yalan məlumat yaydığına görə həbs edilmişdi, lakin sonradan zaminə buraxılmışdı. Bundan bir müddət əvvəl “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Mika Badalyan ilə əlaqə saxlamağın mümkün olmadığını yazmışdı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir