Türk dövlətləri ərazilərində təbii fəlakətlərlə bağlı birgə mərkəzlər yaradılacaq

0

“Bugünkü görüş hər hansı bir üzv dövlətlərin ərazisində təbii fəlakət baş verərsə, həmin ölkələrin xilasedicilərinin müəyyən vaxt gözləmədən orada iştirak etməsi və yaradılacaq mərkəzlərlə bağlı idi”.

Turanın səsi ” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündən sonra jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, təşkilatın növbəti iclası bir müddət sonra Qazaxıstanda keçiriləcək: “Orada zirvə toplantısı olacaq və sənədlər imzalanacaq. Bir neçə yerdə birgə mərkəzlər yaradılacaq. Bu, üzv dövlətlərin ərazilərində yerləşəcək”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir