Çili sahilində 6,2 maqnitudalı zəlzələ olub
Çili sahilində 6,2 maqnitudalı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi 161 min nəfər olan Kokimbo şəhərindən 41 km aralıda yerləşib. Yerli vaxtla saat 20:48-də (Bakı vaxtı ilə 03:48) qeydə alınan təbiət hadisəsinin ocağı 41 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.