Vəzifədən azad edilən General-mayor İlqar Məmmədovun yerinə yeni təyinat……

0

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədovun yerinə təyinat olub.

Turanın səsi ” xəbər verir ki, Vilayət Eyvazovun müvafiq əmri ilə polkovnik Elçin Məmmədov bu vəzifəyə təsdiq edilib.

E. Məmmədov yeni təyinatadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub.

O, Prezidentin sərəncamı ilə bu ilin martında “Vətən uğrunda” medalı ilə təltif edilib.

Xatırladaq ki , Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədovu vəzifədən azad edib. Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir