Ermənistanın iki hərbçisi partlayış zamanı ölüb
Ermənistan Müdafiə Nazirliyi iki hərbçinin mühəndis işlərini yerinə yetirərkən baş verən partlayış nəticəsində öldüyünü bildirib.
Bu barədə ” Turanın səsi ” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə saat 17:30 radələrində yol tikintisi üçün partlayış işləri aparılarkən baş verib. Ölənlər mayor Arman Rubikoviç Babacanyan və əsgər Artur Haykoviç Poqosyandır.
Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.