Trampın seçkilərdə rəqibi: “Sanksiyalara son qoyacağam və Rusiyanı dünya bazarına qaytaracağam”

Republican presidential candidate and businessman Vivek Ramaswamy speaks at the Moms for Liberty meeting in Philadelphia, Saturday, July 1, 2023. (AP Photo/Matt Rourke)

“Mən sanksiyalara son qoyacağam və Rusiyanı dünya bazarına qaytaracağam. Bu yolla Rusiyanı Şərqi Asiyada Çin dizaynlarına strateji maneə kimi qaldıracağam”.

Turanın səsi ” UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından potensial namizəd Vivek Ramasvami bildirib.

O bildirib ki, Ukraynanın işğal olunmuş ərazilərini Rusiya ərazisi kimi tanıyacaq:

“Ukraynada müharibə nə qədər uzansa, bir o qədər aydın olur ki, yalnız bir qalib var: Çin. Mən Niksonun 1972-ci ildə etdiklərinin əksini edərək, Amerikanı mənəviyyatdan realizmə aparacağam. 2025-ci ildə Moskvaya gedəcəyəm”.

Ramasvami deyib ki, ABŞ üçün əlverişli olan şərtlərlə Ukraynada sülhü təmin edəcək və Rusiyanın Çinlə hərbi ittifaqdan çıxması müqabilində Ukraynanın NATO-ya namizədliyini əngəlləyəcək.

O, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə iddialılar arasında debatların birinci raundunun qalibi olub. Donald Tramp debatda iştirak etməyib.

Yayın əvvəlində Ramasvami bildirib ki, Vaşinqton diqqətini Çinlə qarşıdurmaya yönəltməli, Ukraynanı böyük güzəştlərə məcbur etməlidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir