KİV: “İstanbulda Türkiyə, BMT və Rusiya nümayəndələrinin iştirakı ilə görüş keçirilə bilər”

İstanbulda Türkiyə, BMT və Rusiya nümayəndələrinin iştirakı ilə “Taxıl sazişi” ilə bağlı görüş keçirilə bilər.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Rusiya KİV-i diplomatik mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, hazırda görüşün təşkili imkanları qiymətləndirilir: “Müzakirə üçün konkret təkliflər hazırlanır. Müvafiq kanallar koordinasiya prosesini davam etdirir”.

Görüşün tarixi açıqlanmayıb.

Xatırladaq ki, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə “Taxıl sazişi” imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.

BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir