Rusiyanın Ukraynaya “Kalibr” raketlərinin ehtimal olunan buraxılışları qeydə alınıb

Rusiyanın “Kalibr” qanadlı raketlərinin Qara dənizdən mümkün buraxılışları qeydə alınıb. Ukraynanın bir sıra bölgələrində hava xəbərdarlığı elan edilib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin rəsmi teleqram kanalında məlumat verilib.

Qeyd edilir ki, Nikolayev, Xerson, Dnepropetrovsk, Zaporojye, Odessa, Kirovoqrad, Çerkassı, Donetsk, Xarkov, Poltava və Sumı vilayətləri üçün raket təhlükəsi yaranıb.

“Qara dənizdən “Kalibr” qanadlı raketlərinin ehtimal olunan buraxılışları aşkar edilib. Sığınacaqlarda qalın!”, – teleqram kanalında yazılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir