Kanadanın Baş naziri: “NATO Ukraynada uzunmüddətli müharibəyə hazırdır”

“Qərb ölkələri Ukraynada uzunmüddətli müharibəyə hazırdır və nə qədər lazımdırsa, Kiyevi dəstəkləyəcək”.

Turanın səsi ”  “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.

Onun sözlərinə görə, Qərb ölkələri başa düşürdülər ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı gecikdirilə bilər, lakin bu, Kiyevə dəstəyin davam etdirilməsi baxımından problem deyil.

“G7 və NATO-da apardığımız danışıqlara əsasən, biz uzunmüddətli müharibəyə hazırıq, çünki Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik və etməməliyik”, – Trüdo vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir