Priqojinin təyyarəsi belə partladılıb – İNGİLİS MEDİASI

İngiltərə mətbuatı “Vaqner” muzdlu silahlı qruplaşmasının lideri Yevqeni Priqojinin özəl təyyrəsinin vurulması ilə bağlı maraqlı iddia ilə çıxış edib. Ölümü ilə dünya gündəmində geniş əks-səday oyandıran Priqojinin təyyarəsinin vurulması ilə bağlı çoxsaylı spekulasiyalar və analizlər olsa da, ingilis mediası nəqliyyat vasitəsinin öncədən içinə yerləşdirilmiş bomba ilə partladıldığını iddia edib.

Priqojinin olduğu təyyarənin alkoqollu içki dolabına partlayıcı bombanın yerləşdirildiyini iddia edib. Vurğulanır ki, 9 nəfərin öldüyü təyyarə qəzası bomba ilə gerçəkləşib. Embrarer 135 tipli reaktiv təyyarə Rusiyanın Tver bölgəsinə düşüb.

Turanın səsi ” in xəbərinə görə Dailymail yazır ki, təyyarə son 30 saniyəyədək heç bir qəza əlaməti verməyib. Ancaq bir andaca yerə çırpılıb. Partlayış səbəbi ilə təyyarənin qanadı qopub. İçindəki hər kəs şüurunu itirib. Bu səbəbə görə də, pilotlar fövqəladə vəziyyət elan edə bilməyiblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir