Paşinyanın çıxışı separatçıları qorxuya saldı

Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün baş tutan hökumət iclasındakı səs-küylü bəyanatının mövzusu Qarabağda əsas müzakirə predmeti olub.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, hətta Baş nazir vəzifəsində də jurnalistlik fəaliyyətini dayandırmayan Paşinyan öz mənbələrinə istinadən bildirib ki, onda Azərbaycanın “Laçın dəhlizi”nin birtərəfli qaydada açması və ermənilərin Qarabağdan çıxışa icazə verməsi barədə mötəbər məlumatlar var. Onun sözlərinə görə, Azərbaycanın hazırda əsas planı budur və sadəcə bölgədən çıxışa icazə verilir. Qarabağa giriş isə hələlik bağlıdır.

Qəzetin Qarabağdakı mənbələri bu şayiələri çoxdan eşitdikləri bildiriblər. Xankəndidə hesab edirlər ki, bu, Paşinyanın planının bir hissəsidir və məqsəd Qarabağı ermənilərdən təmizləmək, eləcə də Rusiya sülhməramlılarından xilas olmaqdır:

“Mənbə söyləyir ki, “Artsax”da yerləşən sülhməramlılar da bu “sui-qəsd”dən xəbərdardırlar. Məhz buna görə də sülhməramlılar yerli sakinlərə verdikləri yardımdan öz paylarını götürməyə davam edirlər. Onlar ermənilərin “Artsax”dan qaçacağı təqdirdə hansı addımları atacaqlarını belə düşünürlər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir