Putin Priqojindən danışdı: “İstedadlı insan idi”
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
“Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər verir.
Məlumatda qeyd olunur ki, V. Putin Yevgeni Priqojin haqqında da danışıb.
Rusiya Prezidenti Y. Priqojini 1990-cı illərin əvvəllərindən tanıdığını, onun çətin taleyi olmasına rəğmən istədiyi nəticələrə nail olduğunu vurğulayıb.
“Priqojin istedadlı insan idi” – V.Putin deyib.
O, “Vaqner” döyüşçülərinin göstərdiyi xidmətləri də unutmayacaqlarını söyləyib.