Şimali Koreyanın kəşfiyyat peykinin buraxılması üzrə ikinci cəhdi uğursuzluqla başa çatıb

Şimali Koreyanın kəşfiyyat peykini buraxmaq üzrə ikinci cəhdi raket daşıyıcısının uçuşunun üçüncü mərhələsindəki problemlər səbəbindən uğursuz başa çatıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunub ki, fövqəladə detonasiya sistemində xəta baş verib. Daşıyıcı raketin buraxılışı Sohe kosmodromundan həyata keçirilib. Peykin orbitə çıxarılması üçün növbəti cəhd oktyabr ayına planlaşdırılır.

Qeyd edək ki, Şimali Koreyanın mayın 31-də kəşfiyyat peykini orbitə yerləşdirmək cəhdi vaxtından əvvəl uğursuzluğa düçar olmuşdu.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir