Rusiyada qəzaya uğrayan təyyarənin göyərtəsində “Vaqner”in komandiri Dmitri Utkin olub

Rusiyanın Tver vilayətində qəzaya uğramış təyyarənin göyərtəsində “Vaqner” özəl hərbi şirkətinin komandiri Dmitri Utkin olub.

Bu barədə “Turanın səsi ” “Meduza”ya istinadən xəbər verir.

Utkin “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojinin “sağ əli” olub.

Qeyd edək ki, Y.Priqojinə məxsus olan “Embrair” biznes-jet Moskvadan Sankt-Peterburq şəhərinə uçurmuş. Təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir