Biləsuvarda saxlanılan narkokuryerlərdən 19 kiloqram narkotik vasitə aşkarlanıb

İrandan qaçaqmalçılıq yolu ilə göndərilən 19 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində həyata keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Astara rayon sakinləri Elçin Əbilov, Orxan Qəmbərov və Elşən Babayev saxlanılıblar. Onlardan 4 kiloqram heroin, 3 kiloqram metamfetamin, 10 kiloqram tiryək olmaqla ümumilikdə 17 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar olunaraq götürülüb.
Şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Əlizadə saxlanılıb. Bu şəxsdən isə 2 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin İranda yaşayan narkotacirlər vasitəsilə narkokuryerliyə cəlb edildikləri müəyyən edilib.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının son bir ay ərzində keçirdikləri profilaktik tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmayan 41 ədəd tüfəng aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir