Rusiya ordusu Zaporojye vilayətini bombaladı
Rusiya ordusu Ukraynanın cənubundakı Zaporojye şəhərində biznes mərkəzinə zərbə endirib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada bildirilib.
Açıqlamaya görə, Zaporojyedə biznes mərkəzi rus ordusu tərəfindən bombalanıb və yanğın baş verib.
Hadisə yerinə gələn xilasetmə qrupları 4-ü yük maşını olmaqla, 14 avtomobilin yandığını müəyyən edib.
Yanğın daha geniş əraziyə yayılmadan tez bir zamanda söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI