KİV: İsrail “Hizbullah”ın mövqelərinə zərbə endirib, 2 terrorçu zərərsizləşdirilib

İsrail Bəşər Əsəd hökuməti tərəfində vuruşan iranyönümlü “Hizbullah” terrorçularının Suriyanın paytaxtı Dəməşq ətrafındakı mövqelərinə zərbə endirib.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, “Hizbullah”ın azı iki yaraqlısı zərərsizləşdirilib. Bundan başqa, yaralıların olduğu qeyd edilsə də, onların dəqiq sayı bəlli deyil.

Telekanalın məlumatına görə, zərbələr Dəməşq Beynəlxalq Hava Limanından bir neçə kilometr aralıda yerləşən silah anbarlarına İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir