Zelenski Vuçiçlə görüşüb

Yunanıstanın paytaxtı Afinada Ukrayna Prezidenti Volodimir Zelenski serbiyalı həmkarı Aleksandar Vuçiçlə görüşüb.

Turanın səsi ” xəbər erir ki, bu barədə Serbiya lideri instaqramda bildirib.

Vuçiç region liderlərin görüşündən bir müddət öncə Zelenski ilə əl sıxarkən çəkilmiş şəklini dərc edib. Serbiya Prezidentinin mətbuat xidməti qeyd edib ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Zelenskinin də dəvət olunduğu region ölkələrinin liderləri üçün qeyri-rəsmi şam yeməyi təşkil edib. Ukrayna Prezidentinin özü teleqram kanalında Yunanıstana gəldiyini və ölkə Prezidenti Yekaterina Sakellaropulu, həmçinin Mitsotakislə görüşdüyünü bildirilib.

Vuçiç və Zelenskidən başqa, şam yeməyinə Avropa Komissiyasının Prezindenti Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Boryana Krişto, Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski, Moldova Prezidenti Maya Sandu, Kosovanın Baş naziri Albin Kurti və digər siyasətçilər qatılıblar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir