Kahramanmaraşda zəlzələ olub
Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda zəlzələ baş verib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunur ki, zəlzələ 4,1 bal gücündə olub.
Zəlzələ yerli vaxtla 16:54-də (Bakı vaxtı ilə 17:54), 5,17 kilometr dərinlikdə qeydə alınıb.