KİV: ABŞ F-16-ların Danimarka və Niderland tərəfindən Ukraynaya verilməsini təsdiqləyib

ABŞ Danimarka və Niderlandın F-16 qırıcılarının Ukraynaya verilməsinə razılıq verib.

Turanın səsi ” in xəbərinə görə, bu barədə mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, F-16-ları idarə etməyi öyrənən ukraynalı pilotların təlimi başa çatdıqdan sonra ölkələr Kiyevə döyüş təyyarələri göndərəcək. ABŞ-ın dövlət katibi Antoni Blinken artıq Danimarka və Niderlanddakı həmkarlarına məktublar göndərərək Vaşinqtonun bu addımı dəstəklədiyinə zəmanət verib.

“Mən bunu ABŞ adından həm F-16 qırıcılarının Ukraynaya verilməsinə, həm də ukraynalı pilotların ixtisaslı təlimatçılar tərəfindən hazırlanmasına tam dəstəyimi ifadə etmək üçün yazıram”, – Blinken “Reuters” tərəfindən əldə olunan məktubunda qeyd edib. ABŞ dövlət katibinin sözlərinə görə, üçüncü ölkələrin təchizat sorğularının təsdiqlənməsi Ukraynaya “birinci pilotlar qrupu təlimlərini başa vuran kimi” yeni imkanlardan istifadə etməyə imkan verəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir