Ağ ev ərazi müqabilində Ukraynanın NATO-ya üzvlüyü barədə deyilənləri təkzib edib

ABŞ Prezidentinin administrasiyası Ukraynanın ərazilərinin bir hissəsindən Rusiyanın xeyrinə imtina edəcəyi təqdirdə Kiyevə NATO üzvlüyünün mümkünlüyü barədə danışıqların getdiyi barədə məlumatı təkzib edib.

Turanın səsi ” xəbər verir ki, bu məsələyə Ağ evin strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi brifinqdə toxunub.

Ukrayna ərazilərinin NATO üzvlüyünə dəyişdirilməsi ətrafındakı müzakirələrlə bağlı müxbirin sualına cavab olaraq Kirbi deyib: “Belə bir şey yoxdur. Bu belə deyil”.

Məmurun sözlərinə görə, Vaşinqtonun mövqeyi ondan ibarətdir ki, Ukrayna gələcəkdə NATO-ya üzv ola bilər və bu, Vilnüsdə keçirilən sonuncu sammit zamanı Alyansa üzv ölkələrin rəhbərlikləri tərəfindən təsdiqlənib.

“Vilnüs sammitində Alyans mümkün üzvlük yolunun hazırlanması ideyasını dəstəkləyib. İndi əsas diqqət Ukraynaya Rusiyanın təcavüzü ilə mübarizədə kömək etmək və Ukraynanın bütövlükdə sahibi olduğu əraziləri qaytarmaqdır. Onlar hər gün irəliləyişə nail olurlar və biz onları dəstəkləməyə davam edəcəyik”, – Kirbi bildirib.

Xatırladaq ki, NATO-nun Baş katibinin aparat rəisi Stian Yenssen Ukraynanın ərazisinin bir hissəsindən imtina etmək müqabilində Alyansa üzv ola biləcəyini etiraf edib, lakin belə bir qərarı yalnız Kiyevin qəbul etməli olduğunu vurğulayıb.

Ukrayna Xarici İşlər Nazirliyi bu cür müzakirələri “tamamilə qəbuledilməz” adlandırıb.

Daha sonra Stian Yenssen Ukraynanın Rusiyaya ərazi güzəştləri müqabilində Alyansa üzvlüyünün mümkün ssenarisi ilə bağlı sözlərini “səhv” adlandırıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir