Britaniya kəşfiyyatı gizli məlumatı sızdırdı – Rusiya Xəzər dənizi üzərindən…
Rusiya özünü hücum dronları ilə təmin etmək üçün İranın “Şahid” PUA-ları əsasında kamikadze dronlarının istehsalına başlayıb. Bununla belə, Moskva hələ də Tehrandan hissələrin tədarükündən asılıdır.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
“Rusiya sentyabrdan İran istehsalı sistemlər idxal edəcək. Yerli istehsal Rusiyaya hücum PUA-larının (OWA-UAV) daha etibarlı təchizatını yaratmağa imkan verəcək. Böyük ehtimalla Rusiya yaxın aylarda özünü yerli PUA-larla təmin etməyi hədəfləyir. Bununla belə, Rusiya İrandan əsasən Xəzər dənizi vasitəsilə çatdırılan komponentlərdən və hazır silahlardan asılı olaraq qalır”, – Britaniya kəşfiyyatı bildirir.
Məlumatda qeyd edilir ki, bu silahların Ukraynaya qarşı effektivliyi fərqli olub:
“Ukrayna PUA-ların əksəriyyətini zərərsizləşdirməkdə effektiv olduğunu sübut edib”.