Türkiyədə rekord isti qeydə alınıb

Türkiyənin mərkəzindəki Eskişehir vilayətində yay fəsli üçün rekord isti qeydə alınıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki məlumat verib.

“Bu gün ölkəmizi bürüyən güclü isti dalğasının səbəb olduğu Türkiyədə temperatur rekordu qırılıb. Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsindən verilən məlumata görə, ən yüksək temperatur Eskişehir vilayətində qeydə alınıb və 49,5 dərəcə təşkil edib. Bundan əvvəlki rekord 20 iyul 2021-ci ildə Şırnak vilayətində 49,1 dərəcə göstəricisi ilə qeydə alınıb”-deyə, o bildirib.

Türkiyənin bir çox bölgələrində, o cümlədən cənubda son günlər isti hava şəraiti hökm sürür. Bəzi yerlərdə termometr 40 dərəcəni keçib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir