NATO rəsmisi: “Ukrayna Rusiya tərəfindən ələ keçirilən ərazilərin müqabilində NATO-ya üzv ola bilər”


“Ukrayna Rusiya Federasiyası tərəfindən ələ keçirilən ərazilərin müqabilində NATO-ya üzv ola bilər”.

Turanın səsi ” xəbər verir ki, bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibinin aparat rəhbəri Stran Yanssen bildirib.

“Düşünürəm ki, həll yollarından biri Ukraynanın ərazilərindən imtina etməsi və bunun müqabilində NATO-ya üzv olması ola bilər”, – Yanssen deyib.

O bildirib ki, Ukraynanın müharibədən sonrakı alyans kontekstində gələcək statusu ilə bağlı müzakirələr artıq davam edir. Xüsusilə, Kiyevin ərazisinin bir hissəsindən imtina etməsi də müzakirə mövzusudur:

“Mən demirəm ki, belə olmalıdır. Amma bu, ağlabatan bir həll ola bilər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir