Bakıda nakotiklərin qanunsuz dövriyyəsini təşkil edən 25 nəfər saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələrinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər saxlanılıb.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Həmin şəxslərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Aşkar edilən faktlarla bağlı araşdırmalar aparılır.
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI