Masallıda oğurluq faktlarına görə 3 nəfər saxlanılıb
Masallıda oğurluq faktlarına görə 3 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən məktəb, ferma və əkin sahələri olmaqla ümumilikdə 4 yerdən dəmir boruları oğurlayan rayon sakinləri Qafar Qəhrəmanlı, Həsənağa Əliyev və Neftçala rayon sakini Ülvü Bədəlov saxlanılıblar. Məlum olub ki, həmin şəxslər ümumilikdə zərərçəkmiş şəxslərə 6400 manatdan artıq maddi ziyan vurublar.
İlkin araşdırma zamanı həmin şəxslərin müxtəlif vaxtlarda oğurladıqları dəmir boruları metal qəbulu məntəqələrinə satdıqları və əldə olunan gəliri öz aralarında böldükləri müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, həmin şəxslər barəsində Masallı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda saxlanılan şəxslərin digər analoji cinayət əməllərinin ifşa olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI