Ruslar Xersonu bombaladı – 8 nəfər öldü

Rus ordusu Xerson vilayətini növbəti dəfə atəşə tutub.

Turanın səsi ” UNIAN-a istinadla xəbər verir ki, bu barədə Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib.

“Ruslar Stanislav kəndini MLRS ilə vurub. Nəticədə iki nəfər ölüb, bir nəfər də yaralanıb”, – Yermak bildirib.

Onun sözlərinə görə, beş fərdi yaşayış evi də dağılıb və zərər görüb.

Qeyd olunur ki, rusların daha bir neçə yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində biri körpə olmaqla 6 nəfər həlak olub.

Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib ki, ruslar səhər saatlarından bölgədəki dinc yaşayış məntəqələrini atəşə tuturlar:

“Xüsusən də düşmən yaşayış binalarını və mülki infrastrukturu hədəfə alır”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir