DİN: “Bakıda uşağı zorakılığa məruz qoymuş azyaşlılar müəyyən olunublar”
Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.
DİN-in Mətbuat xidmətindən “Turanın səsi ” nə bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar:
“Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.
Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Hazırda təhqiqat araşdırmaları davam etdirilir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI