Tramp avqustun 3-də federal məhkəməyə çağırılıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 3-də federal məhkəməyə çağırılıb və ona 4 maddə üzrə ittiham irəli sürülüb.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Məhkəmə sənədinə görə, böyük münsiflər heyəti aşağıdakı ittihamları irəli sürmək üçün səlahiyyətli orqanlar tərəfindən təqdim edilmiş kifayət qədər sübut tapıb.

Sənədə əsasən, 2021-ci il yanvarın 6-da Tramp və onun silahdaşları seçki saxtakarlığı ilə bağlı saxta iddialara əsaslanaraq Kapitolidə xaos yaratmağa cəhd ediblər.

Xüsusi prokuror Cek Smit Trampa qarşı ittihamları təsdiqləyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir