Cəlilabadda zəlzələ olub
Cəlilabad rayonunda 3 maqnitudalı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Belə ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:27-də Cəlilabad stansiyasından 9 km qərbdə, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
18 kilometr dərinlikdə olan zəlzələ hiss edilməyib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI