Bakıda temperatur 40 dərəcəyə çatıb – FAKTİKİ HAVA
Bakıda temperatur 40 dərəcəyə çatıb.
“Turanın səsi ” xəbər verir ki , bunu açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarı olub. Belə ki, temperatur Bakıda və Abşeron yarımadasında 40, Naxçıvanda və Aran rayonlarında 35-40, dağlıq rayonlarda isə 32 dərəcəyə çatıb.
G.Məmmədova deyib ki, günəşli hava şəraiti bu gün də davam edəcək.