Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd “S-300” raketi atıb, ölən var – YENİLƏNİB-3

0

Ukraynanın daha 2 vilayətində partlayış baş verib.

Turanın səsi” UNIAN-a istinadən xəbər verir ki, Rivne və Krivoy Roq vilayətlərində partlayış səsləri eşidilib.

“Partlayışın təfərrüatı hələlik məlum deyil”, – məlumatda qeyd edilib.

10:18

Ukraynanın Odessa vilayətində partlayış olub.

“Report” UNIAN-a istinadən xəbər verir ki, yerli əhali partlayış səsləri eşidib.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil.

10:11

Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd “S-300” zenit raketi atıb, ölən var.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasından bildirilib.

Qeyd olunub ki, ictimai iaşə obyektləri, o cümlədən təhsil müssisələri ilə yanaşı, dövlət obyektləri də hədəf alınıb. 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidəki yanğını söndürüblər. 

Məlumata görə, Rusiyanın atdığı 2 raket avtosalona düşüb, 1 nəfər ölüb.

09.36

Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.

“Turanın səsi” “Ukrainski pravda”ya istinadən xəbər verir ki, bunu Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.

O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.

Dağıntı və tələfatla bağlı araşdırma aparılır.

Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir