Avropa fondları 2023-cü ildə təxminən 27 milyard dollar itirib


Avropa fondları 2023-cü ildə təxminən 27 milyard dollar itirib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.

Agentlik “Bank of America”nın məlumatlarına istinadla bildirir ki, buna səbəb investorların planlarını ABŞ fondlarının xeyrinə yenidən nəzərdən keçirmələridir.

Qeyd olunur ki, sabit investisiya axını ardıcıl 16-cı həftə ərzində müşahidə edilib. Belə ki, Avropa iyun ayında investisiya axını ilə qarşılaşan yeganə bölgə olub. Təkcə son yeddi gündə Avropa fondlarından 4,6 milyard dollar vəsait çıxarılıb.

İqtisadçılar bunu investorların ABŞ fondlarına üstünlük verməsi ilə izah edirlər. Səbəb isə qlobal iqtisadi artımın azalması qorxusu fonunda ABŞ iqtisadiyyatının onlara daha güclü görünməsidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir